DÜNYA


Peru Venesuelanın səfirini ölkədən qovub

Bakı, 12 avqust, AZƏRTAC

Peru hökuməti Venesuela səfirinin ölkədən çıxması barədə qərar qəbul edib.

AZƏRTAC “lefigaro.fr” saytına istinadla bildirir ki, Peru apreldə Venesuelada başlanan böhrandan sonra Karakas hökumətinə qarşı belə bir addım atan ilk Latın Amerikası ölkəsi olub. Peru Xarici İşlər Nazirliyindən bildiriblər ki, venesuelalı diplomat Dieqo Moleroya ölkədən çıxmaq üçün 5 gün vaxt verilib.

Bir neçə gün əvvəl Perunun təşkilatçılığı ilə Venesuelada vəziyyəti müzakirə etmək üçün regional toplantı keçirilib. Toplantıda iştirak edən 17 ölkədən 12-si bu görüşü qeyri-qanuni hesab edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.