Peruda avtobus qəzası nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb
Bakı, 21 fevral, AZƏRTAC
Peruda sərnişin avtobusunun uçuruma aşması nəticəsində həlak olanların sayı 44 nəfərə çatıb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bunu TV Peru telekanalına Yerüstü Nəqliyyat Nazirliyinin baş direktoru Paul Konça bildirib.
Onun sözlərinə görə, daha 10 nəfər ağır yaralanıb.
Xatırladaq ki, qəza Arekipa regionunda baş verib. İlkin məlumata əsasən, sürücü idarəetməni itirib və avtobus Panamerika şosesindən çıxaraq 200 metr hündürlükdən uçuruma yuvarlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2026 [14:47]
Bolqarıstan parlamenti Rumen Radevin yeni hökumətini təsdiqləyib
- 08.05.2026 [14:15]
Əfqanıstanda avtobus qəzası: 2 nəfər ölüb, 51 nəfər yaralanıb
- 08.05.2026 [13:52]
Gələn il dünyada temperatur rekord həddə yüksələ bilər
- 08.05.2026 [13:09]