DÜNYA


Peruda zəlzələ və torpaq sürüşmələri azı 9 nəfər həyatına son qoyub

A+ A

Bakı, 15 avqust, AZƏRTAC

Avqustun 15-nə keçən gecə Perunun cənubunda yerləşən Arekipa regionunda 5,4 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Arekipa şəhərindən 88,2 kilometr şimalda, yerin 10 kilometr dərinliyində qeydə alınıb. Zəlzələnin ardından baş verən torpaq sürüşmələri 80 binanın dağılmasına və yolların bağlanmasına səbəb olub.

Təbii fəlakət nəticəsində azı 9 nəfərin həlak olduğu və 40-dan çox insanın yaralandığı bildirilir. Arekipa departamentin qubernatoru Yamila Osorio regiona humanitar yardım göndərilməsi xahişi ilə ölkə vətəndaşlarına və hakimiyyət orqanlarına müraciət edib. Onun sözlərinə görə, dəymiş zərər onlara əvvəlcə verilmiş məlumatdan xeyli çox ola bilər. Zəlzələnin gecə baş verməsi daha dəqiq rəqəmlər əldə edilməsini çətinləşdirib. “Region təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün yetərincə vəsaitə malik deyil” –deyə qubernator bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.