SİYASƏT
Perunun Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb
Bakı, 2 iyun, AZƏRTAC
Peru Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi fəaliyyətə başlayıb. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İyunun 2-də səfirliyin yeni təyin olunmuş müvəqqəti işlər vəkili Luis Çanq Boldrini Xarici İşlər Nazirliyində Dövlət Protokol İdarəsinin rəisi Pərvin Mirzəzadə ilə görüşüb.
Pərvin Mirzəzadə Luis Çanq Boldriniyə Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzu edib.
Luis Çanq Boldrini fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.