İDMAN


“Peskara”–“Atalanta” oyunu zamanı baş verən zəlzələ stadiondakıları təşvişə salıb

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC 

Futbol üzrə İtaliya çempionatının 10-cu turu çərçivəsində keçirilən “Peskara”–“Atalanta” oyunu zamanı zəlzələ baş verib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Romaya yaxın ərazidə baş verən zəlzələ “Peskara” – “Atalanta” matçında da hiss edilib. 5,5 ballıq zəlzələ matçın qısa müddətə dayandırılmasına səbəb olub. Hadisə meydanda olanları və tribunalara toplaşan azarkeşləri qorxuya salıb. Daha sonra isə oyun davam etdirilib.

Qeyd edək ki, görüş “Atalanta”nın 1:0 hesablı səfər qələbəsi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.