MƏDƏNİYYƏT


Peter Paxl: Bakı Beynəlxalq Teatr Konfransında aktual məsələlər müzakirə olunacaq

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

Bakı Beynəlxalq Teatr Konfransında yenidən iştirakımdan çox məmnunam. Sonuncu dəfə iki il əvvəl keçirilmiş III Bakı Beynəlxalq Teatr konfransında iştirak etmişəm. Hələ keçən dəfə şəhərinizə valeh olmuş, konfransın çox yüksək səviyyədə təşkilindən məmnun qalmışdım. Odur ki, bu tədbirə yenidən qatılmaq arzusunda idim. Belə də oldu.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində almaniyalı professor, “Pianopianissimo-musiktheater” teatrının baş direktoru Peter Paxl deyib. Plenar iclasda “Bayroyt və Bakı - Reynin qızılı və təmiz neft” mövzusunda çıxış edəcəyini diqqətə çatdıran P.Paxl konfransda teatrla bağlı aktual məsələlərin müzakirə edilməsinin əhəmiyyətini vurğulayıb. O, bu cür tədbirlərin müasir teatrın aktual problemlərinin müzakirəsi üçün vacib platforma olduğunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.