İQTİSADİYYAT
Peterburq Beynəlxalq İqtisadi Forumu öz işini davam etdirir VİDEO
Sankt-Peterburq, 23 may (AZƏRTAC). Mayın 23-də, 18-ci Peterburq Beynəlxalq İqtisadi Forumunun ikinci günündə işgüzar dairələrin nümayəndələri, siyasətçilər, ekspertlər aktual iqtisadi mövzuların müzakirəsini davam etdirmişlər.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Dəyişikliklər dövründə etimadın möhkəmlənməsi” mövzusunda plenar iclasda Rusiya Prezidenti Vladimir Putin Forum iştirakçıları qarşısında çıxış etmişdir. Prezident Vladimir Putin Rusiya-Çin iqtisadi münasibətləri, Rusiyanın iqtisadi inkişafının perspektivləri, region ölkələrinin qarşılıqlı münasibətləri haqqında danışmışdır.
Bundan əlavə, Forum iştirakçıları MDB məkanında davamlı inkişaf, qlobal enerji sistemlərinin inteqrasiyası, innovasiyalı inkişaf strategiyası və digər məsələləri müzakirə etmişlər.
Şirkətlər və dövlətlər öz məhsullarını və mallarını Forumda təqdim etmişlər.