İQTİSADİYYAT


“Petkim PetroKimya Holding A.Ş.”nin idarə heyəti yenidən formalaşdırılacaq

A+ A

Bakı, 12 avqust, Nihad Budaqov, AZƏRTAC

Sentyabrın 6-da SOCAR-ın Türkiyədəki ən böyük aktivi olan “Petkim PetroKimya Holding A.Ş.”nin idarə heyəti toplaşacaq. İclasda şirkətin idarə heyətinin yenidən formalaşdırılması məsələsinə baxılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Cəmiyyəti Məlumatlandırma Platformasının (Kamuyu Aydınlatma Platformu (KAP) məlumatında deyilir. Qeyd edilir ki, iclasda il ərzində idarə heyətinin üzvlüyünə boşalan yerlərə seçki keçiriləcək və idarə heyətinin bəzi üzvləri işdən çıxarılaraq yerlərinə yeniləri təyin ediləcək. Bu çərçivədə Sadəddin Qorqudun şirkətin idarə heyəti üzvlüyündən çıxarılaraq yerinə Anar Məmmədovun təyin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Petkim”in sabiq baş direktoru və idarə heyəti üzvü Sadəddin Qorqud Fətullahçı terror təşkilatı (FETÖ) üzrə istintaq çərçivəsində şirkətdən istefa etdikdən dərhal sonra iyulun 28-də həbs edilmişdi.

Xatırladaq ki, “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) “Petkim”də təxminən 58 faizlik hissəyə sahibdir. SOCAR 2008-ci il mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.