İQTİSADİYYAT


“Petkim” Türkiyənin 39-cu ən dəyərli şirkətidir

Bakı, 4 avqust, AZƏRTAC

“Petkim” neft-kimya holdinqi Türkiyənin 500 ən iri şirkətinin adının yer aldığı reytinqin 39-cu pilləsində qərarlaşıb.

AZƏRTAC “Capital” nəşrinə istinadla xəbər verir ki, şirkətin dəyəri 2016-cı ilin sonuna 4 milyard 532,590 milyon türk lirəsi qiymətləndirilir.

Sıralamada ilk yerdə dəyəri 34 milyard 854,851 milyon lirə olan “Tüpraş” qərarlaşıb. Sonrakı pillələrdə müvafiq olaraq Avstriyanın “OMV” şirkətinin törəməsi olan “Petrol Ofisi” (30,8 milyard lirə) və “Türk Hava Yolları” (29,468 milyard) yer alıb.

Xatırladaq ki, SOCAR “Petkim”i 2008-ci ildə 2,5 milyard dollara alıb. SOCAR 2008-ci ilin mayından etibarən isə Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 53 faizlik səhmə sahibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.