İQTİSADİYYAT


“Petkim” iyulun 26-dan Korporativ İdarəetmə indeksindən çıxarılacaq

A+ A

Bakı, 25 iyul, Nihad Budaqov, AZƏRTAC 

SOCAR-ın Türkiyədəki ən böyük aktivi olan və 60-a yaxın neft-kimya xammalı istehsal edən “Petkim PetroKimya Holding A.Ş.” iyulun 26-dan etibarən Korporativ İdarəetmə indeksindən çıxarılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul Birjasından Türkiyənin Cəmiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu (KAP) verilən məlumatda deyilir. Qeyd edilir ki, “Petkim”in səhmləri mövcud Korporativ İdarəetmə Dərəcələndirmə Müqaviləsi üzrə yenilənmədiyi bildirildiyi üçün, Səhm İndeksləri Əsas Qaydalarının 7.10.b. maddəsinə uyğun olaraq, 26.07.2016 tarixindən etibarən BIST Korporativ İdarəetmə indeksi əhatəsindən çıxarılacaq.

Qeyd edək ki, “Petkim” Türkiyənin neft-kimya sektorunda yeganə istehsalçıdır və kompleks İzmirin Əliağa yarımadasında yerləşir. 2008-ci ildə SOCAR “TURKAS” ilə birgə “Petkim”in alınması üçün müraciət edib. “Petkim”də STEAŞ təxminən 57,5 faizlik hissəyə sahibdir.

“Petkim” kompleksi daxilində 20 növ çeşiddə məhsul edən 14 zavod fəaliyyət göstərir. Hazırda zavod illik 3,6 milyon ton məhsul istehsalı həcminə malikdir. “Petkim” 2015-ci ildə 1,8 milyon ton məhsul satışından 1,7 milyard ABŞ dolları satış gəliri əldə edib.

SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.