İQTİSADİYYAT


“Petkim” külək elektrik stansiyası sentyabrdan etibarən tam gücü ilə işləyəcək

Bakı, 31 may, Nihad Budaqov, AZƏRTAC

“Petkim” neft-kimya holdinqinin İzmirin Əliağa rayonunda inşa etdiyi külək elektrik stansiyası bu ilin sentyabr ayından etibarən tam gücü ilə işləyəcək.

AZƏRTAC xəbər verir ki, bunu “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib.

“Layihə üzrə 51 meqavat gücü və 17 turbindən ibarət olan külək elektrik stansiyasında 14 turbin artıq quraşdırılıb. Həmin turbinlər sınaqdan keçirilib və işə başlayıb. Qalan 3 turbinin quraşdırılması isə yay aylarında bitəcək. Külək elektrik stansiyası sentyabrdan etibarən tam gücü ilə işləyəcək”, - deyə Z.Qəhrəmanov əlavə edib.

Xatırladaq ki, SOCAR “Petkim”i 2008-ci ildə 2,5 milyard dollara alıb. SOCAR 2008-ci ilin mayından etibarən isə Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 53 faizlik səhmə sahibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.