İDMAN


“Petkim”in dəstəyi ilə İzmir məktəbliləri arasında şahmat turniri keçirilib

Bakı, 5 yanvar, AZƏRTAC

Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində “Petkim” neft-kimya holdinqinin dəstəyi və Əliağa Təhsil Şöbəsinin təşkilatçılığı ilə şahmat turniri keçirilib. İsveçrə sistemi üzrə keçirilən turnirdə bölgənin ibtidai və orta məktəblərindən 101 şagird iştirak edib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mükafatların təqdim olunması mərasimində Əliağa Kaymakamı Bayram Yılmaz, Əliağa Təhsil Şöbəsinin müdiri Ogün Dersə və “Petkim” neft-kimya holdinqinin icraçı direktoru Anar Məmmədov iştirak ediblər.

“Petkim”in icraçı direktoru Anar Məmmədov Azərbaycan şahmat məktəbinin ənənələrindən söz açıb, Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov kimi azərbaycanlı şahmatçıların uğurlarından danışıb. Bildirib ki, dinamik inkişaf dövründə məktəblilər arasında istedadlı şahmatçıların yetişməsi həyatın bütün sahələrində öz bəhrəsini verəcək.

Turnirin qaliblərinə xüsusi mükafatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.