İQTİSADİYYAT


“Petlim” konteyner limanı bu həftə fəaliyyətə başlayacaq

Bakı, 5 dekabr, AZƏRTAC

SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda inşa etdiyi “Petlim” konteyner limanı bu həftə fəaliyyətə başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Petkim PetroKimya Holding A.Ş.”nin Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu (KAP) yer alan məlumatında bildirilir.

“Şirkətin törəməsi “Petlim Limancılık Ticaret A.Ş.”nin 1,5 milyon TEU tutumu olan konteyner terminalının 800 min TEU-luq ilk fazası başa çatdırılıb və fəaliyyətə başlaması üçün limanın sahibi olan “APM Terminalleri Liman İşletmeciliği A.Ş” ilə razılığa gəlinib. Liman bu həftə əməliyyatlara başlayacaq”, - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, “Petlim” Türkiyənin üçüncü, Egey dənizinin ilk böyük limanı olacaq. SOCAR Türkiyədəki ən böyük aktivi və səhmlərinin təxminən 53 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ) məxsus olan “Petkim PetroKimya Holding A.Ş.”nin törəmə şirkəti “Petlim Limancılık Ticaret A.Ş.” öz səhmlərinin 30 faizini 300 milyon dollara “Goldman Sachs” şirkətinə satıb. Hazırda limanın 70 faizlik hissəsi SOCAR-a, 30 faizlik hissəsi isə “Goldman Sachs”a aiddir. “Petlim”i ilk 28 il müddətində Hollandiyanın “APM Terminals” şirkəti idarə edəcək.

Xatırladaq ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.