Petro Poroşenko: Ukrayna yaxın vaxtlarda müdafiə silahları alacaq
Kiyev, 21 fevral, AZƏRTAC
Ukrayna yaxın vaxtlarda müdafiə silahları alacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Petro Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının hərbi kabinetinin açılışında məlumat verib.
“Bizdə artıq xəbər var ki, yaxın vaxtlarda çoxdan gözlədiyimiz müdafiə silahlarını alacağıq”, - deyə Poroşenko əlavə edib.
Qeyd edək ki, Ukrayna ABŞ-dan müdafiə xarakterli tank əleyhinə raket almağı planlaşdırır. Müdafiə paketinin ümumi məbləği 47 milyon dollardır. Bu paketə tank əleyhinə 210 raket və qurğular daxildir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]