DÜNYA


“Petrobras” Braziliyanın əsas şəhərlərini təbii qazla təmin edən boru kəmərindəki payını satacaq

A+ A

Bakı, 24 sentyabr, Nihad Budaqov, AZƏRTAC

Braziliyanın dövlət enerji şirkəti “Petrobras” “Nova Transportadora do Sudeste” (NTS) adlı təbii qaz boru kəməri şəbəkəsindəki 90 faizlik payını təxminən 5,2 milyard dollara satacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətdən edilən şərhdə deyilir. Bildirilir ki, şirkətin təxminən min 200 kilometr uzunluğu olan və Braziliyanın Rio-de-Janeyro, San-Paulu, Minas Gerais kimi əsas sənaye və əhalisinin sıx olduğu şəhərlərini təbii qazla təmin edən “NTS” boru kəməri şəbəkəsindəki 90 faizlik payının 5,19 milyard dollara Kanadanın “Brookfield” şirkətinin liderliyi ilə yaradılan konsorsiuma satılması üçün razılığa gəlinib. Bu məbləğin 4,34 milyard dollarının müqavilə imzalandığı zaman, qalan 850 milyon dollarının isə qarşıdakı beş ildə ödənilməsi planlanlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.