İQTİSADİYYAT
“Petronas” “Statoil”un TAP layihəsindəki 20 faizlik səhmlərini almaq niyyətindədir
Bakı, 2 sentyabr, Nihat Budaqov, AZƏRTAC
Malayziyanın Petroliam Nasional Berhad (“Petronas”) şirkəti Norveçin “Statoil” şirkətinin “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsindəki 20 faizlik səhmlərini almağı gözdən keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğunda olan və dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilən “Cənub” qaz dəhlizi Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu qaz boru kəməri (TANAP) və TAP-dan ibarətdir. Uzunluğu təxminən 870 kilometr olan Trans-Adriatik qaz boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində TANAP-a birləşəcək. TAP-la “Şahdəniz-2”dən çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqli nəzərdə tutulur.
TAP-ın bu layihədəki səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Fluksiz (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz).