MƏDƏNİYYƏT
Pianoçu Səidə Zülfüqarova Parisdə çıxış edəcək
Bakı, 16 iyul, AZƏRTAC
İyulun 19-da və 26-da Parisin Paul Rey Teatrında “Bütün istiqamətlərdə musiqilər” adlı konsert proqramı təqdim olunacaq.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, konsertdə Antonia Denavit (soprano), Antoine Desmard (violonçel) və Səidə Zülfüqarova (piano) çıxış edəcək. Bu barədə məlumat, həmçinin S.Zülfüqarovanın “facebook” səhifəsində yer alıb. Adları qeyd olunan musiqiçilərin iştirakı ilə “Bütün istiqamətlərdə musiqilər” adlı konsert proqramı iyulun 5-də və 12-də də keçirilib.
Konsertdə C. Kaççini G.Hendel, L.Betxoven, A.Rubinşteyn, P.Çaykovski , C.Gerşvin və digər korifey bəstəkarların əsərləri səsləndiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]