İDMAN


Pike millidən gedəcəyini açıqlayıb

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

İspaniyalı müdafiəçi Cerar Pike yığma komandada karyerasını başa vuracağı vaxtı açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Pike ötən gün Albaniya ilə oyun sonrası çıxış edib. İspaniyalı futbolçu bildirib ki, 2018-ci il dünya çempionatından sonra yığma ilə vidalaşacaq.

“Barselona”nın 29 yaşlı müdafiəçisi karyerası ilə bağlı bunları deyib: Rusiyadakı mundial mənim yığmanın heyətində son turnirim olacaq. Artıq yorulmuşam. Ümidvaram ki, hər kəs qərarımı anlayışla qarşılayacaq”.

Azarkeşlər Pikenin bu açıqlamasının ardından sosial şəbəkələrdə ona dəstək olublar.

2009-cu ildən İspaniya yığmasında forma geyinən müdafiəçi bir il sonra dünya pop musiqisinin super ulduzu Şakira ilə ailə həyatı qurub. Onların Milan və Saşa adında iki oğlan uşağı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.