CƏMİYYƏT


Pilot ərazilərdə ailə həkimləri üçün təlimlər keçirilib

Bakı, 26 may, AZƏRTAC

Dünya təcrübəsində olduğu kimi, icbari tibbi sığorta tətbiq olunduğu pilot ərazilərdə də əhalinin tibbi xidmətlərlə təmin edilməsində ailə həkimi institutuna xüsusi yer verilir. Ailə həkimlərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Mayın 26-da bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Mingəçevir və Yevlax Ailə Sağlamlıq Mərkəzlərində çalışan həkimlər üçün seminar keçirilib.

AZƏRTAC-a agentlikdən verilən məlumata görə, Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Azər İsmayılov seminar iştirakçılarını salamlayıb və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevin seminar iştirakçılara ünvanlandığı məktubunu oxuyub: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əsas məqsədlərindən biri İlkin Səhiyyə Xidmətlərinin gücləndirilməsi, ailə həkimliyi institutunun inkişaf etdirilməsidir. Ailə həkimlərinin bilik və bacarıqlarının artırılması, onlara beynəlxalq təcrübənin öyrədilməsi olduqca zəruridir. Bununla həm göstərilən tibbi xidmətlərin keyfiyyəti, həm də əhalinin tibbi xidmətlərə əlçatanlığı artırılacaq”.

Seminarda ürək-damar və tənəffüs sistemi xəstəliklərinin erkən aşkarlanması, müasir diaqnostika üsulları və müalicəsi, həmçinin təcili təxirəsalınmaz halların idarə olunmasında ailə həkimlərinin roluna dair mövzular işıqlandırılıb, həkimlərin praktiki bacarıqlarının təkmilləşdirilməsi üçün məşğələlər keçirilir. Seminar Türkiyə Ailə Həkimliyi Dərnəyinin üzvləri Murat Soyal və Hakan Uzun tərəfindən aparılıb.

Seminar mayın 27-də də davam edəcək.

Pilot ərazilərdə fəaliyyət göstərən tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə Agentlik tərəfindən gələcəkdə də analoji təlim və praktiki seminarların keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.