DÜNYA
Pilotların tətili “Lufthansa”nın çərşənbə axşamına planlaşdırdığı 1450 aviareysin ləğvinə səbəb olub
Bakı, 20 oktyabr, AZƏRTAC
Almaniyanın “Lufthansa” aviaşirkətinin çərşənbə axşamına planlaşdırılan bir çox beynəlxalq reysləri pilotların tətili səbəbindən ləğv edilib. Həmkarlar ittifaqı əvvəlcə tətilin əsasən daxili uçuşlara təsir edəcəyini bildirsə də, aksiya beynəlxalq uçuşlar da daxil olmaqla, 1450 reysin ləğvi ilə nəticələnib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, pilotlar onların təqaüdə vaxtından qabaq çıxmasına imkan yaradan qanunun ləğv olunmasına etiraz edirlər. Əvvəl pilotlar 55 yaşından etibarən təqaüdə çıxır və 60 yaşına qədər əməkhaqqı alırdılar.
Xatırladaq ki, aprel ayından indiyədək yeddi dəfə tətil edən pilotlar hələ də kompaniya ilə razılığa gələ bilməyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [17:49]
Rusiya XİN: Ermənistan quru yerdə qala bilər
- 29.03.2024 [17:37]
Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb
- 29.03.2024 [17:06]
“Telegram”da yeni funksiyalar olacaq
- 29.03.2024 [17:00]
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]