ELM VƏ TƏHSİL


Pilotsuz mobil poliklinika

Bakı, 24 iyun, AZƏRTAC 

Tibbi xidmətlərin göstərilməsi üzrə yeni “Aim” adlı konsepsiya təqdim olunub. Belə ki, pilotsuz avtomatlaşdırılmış poliklinika vasitəsilə istənilən şəxs onlayn rejimdə həkimə müraciət edə, diaqnostikadan keçə və hətta zəruri olduqda ən yaxın təcili yardım məntəqəsinə gedə bilər.

AZƏRTAC popmech.ru saytına istinadla xəbər verir ki, tezliklə magistrallarda hərəkət edən və müxtəlif tibbi xidmətlər göstərən pilotsuz avtomatlaşdırılmış poliklinikalar fəaliyyət göstərəcək. Konsepsiya Amerikanın “Artefact” şirkətinin mühəndisləri tərəfindən hazırlanıb. Məqsəd səhiyyə sisteminin müxtəlif problemlərini aradan qaldırmaq, xüsusilə də tibbi xidmətlərdən istifadə üçün gözləyərkən sərf olunan vaxtı azaltmaqdır.

Pilotsuz klinikada diaqnostikadan keçərək sağlamlıqla bağlı hər hansı problemin olub-olmadığını müəyyənləşdirmək, həmçinin bədənin kütlə indeksini hesablamaq mümkündür. Bundan başqa, klinikada ürək ritmi və nəfəsin analiz edilməsi üçün xüsusi yer var.

Sistem “ağıllı” qurğulardan məlumatları əlavə olaraq inteqrasiya edəcək. Həmçinin pasiyent smartfon üçün proqram vasitəsilə öz tibbi göstəricilərini sərbəst şəkildə yükləyə biləcək.

Klinikaların daxilində yerləşdirilmiş ekranların köməyilə onlayn rejimdə mütəxəssislə tibbi konsultasiyalar keçiriləcək. Qurğu xəstəni dərhal təcili yardım məntəqəsinə çatdıra biləcək. Bununla da pasiyent təcili yardım avtomobilini gözləmək üçün vaxt itirmədən müalicə alacaq. “Aim” hər bir pasiyent üçün vahid tibbi kart yaradacaq. İstehsalçılar güman edirlər ki, bu, pasiyentlərə müalicəyə sərf olunan maddi xərcləri azaltmaqda kömək edəcək və onları öz sağlamlığına daha ciddi yanaşmağa vadar edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.