İQTİSADİYYAT


Pirallahı adasını sahillə birləşdirən yeni körpü hərəkət üçün açılıb VİDEO

Bakı, 7 dekabr, AZƏRTAC

Pirallahı adasını sahillə birləşdirən yeni avtomobil körpüsünün tikintisi başa çatdırılaraq istifadəyə verilib.

Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən 9 aşırımlı körpünün uzunluğu 422 metr, eni 14 metr, hərəkət hissəsinin eni 12 metr, orta aşırımda dəniz səviyyəsindən hündürlüyü isə 11 metrdir.

Körpünün alt hissəsindən gəmilərin rahat və maneəsiz şəkildə hərəkəti üçün xüsusi keçid hissənin açılması da yekunlaşmaq üzrədir. Bunun üçün körpünün alt hissəsinin və mövcud yolun qazılması işləri aparılır.

Hazırda Qala-Pirallahı 1-ci texniki dərəcəli avtomobil yolunun sonundan körpünün girişinə qədər olan avtomobil yolunun 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması işlərinə də başlanılıb və 730 metr uzunluğunda olan yolun eni 12 metr olacaq.

Qeyd olunub k, “Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yol üzərində körpünün tikintisi və yol boyunca sahilbərkitmə işlərinin aparılması” layihəsi üzrə tikinti işlərinə 2012-ci ilin sentyabr ayında başlanılıb.

Körpünün tikintisi illik investisiya proqramlarına uyğun olaraq yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla mərhələli şəkildə aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.