CƏMİYYƏT
Pirallahı qəsəbəsi paytaxtımızın ən gözəl və müasir guşələrindən birinə çevriləcək
Pirallahı qəsəbəsinin 29-cu məhəlləsində, Fioletov və Səməd Vurğun küçələrində yenidənqurma işləri aparılır.
“Nümunəvi məhəllə” layihəsi çərçivəsində yenidən qurulan məhəllədəki dörd mərtəbəli binalar əsaslı şəkildə təmir olunur. 13 nömrəli binada müasir işıqlandırma sistemi quraşdırılıb, 11 nömrəli binada son tamamlama işləri görülür, 9 nömrəli binada isə təmir işləri davam etdirilir. Fioletov küçəsindəki 28 və 32 nömrəli binaların təmiri yekunlaşmaq üzrədir, 16 nömrəli binanın əsaslı təmirinə başlanılıb.
S.Vurğun küçəsinin magistral yola düşən hissəsinin hər iki kənarında antisanitar vəziyyət yaradan müxtəlif konstruksiyalı hasarlar, şəhərsalma və tikinti normalarına zidd olan kiçik və yarımçıq tikililər sökülür. Təsdiq edilmiş layihəyə əsasən həmin ərazidə magistral yol genişləndiriləcək, müasir işıqlandırılma sistemi qurulacaq, yolun hər iki tərəfində dekorativ hasar inşa ediləcək və yaşıllıqlar salınacaq.
Görülən işlərlə tanış olan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov qəsəbənin yaxın gələcəkdə Bakı şəhərinin ən gözəl və müasir guşələrindən birinə çevriləcəyinə əminliyini bildirib .
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]