İQTİSADİYYAT


Pirallahı qəsəbəsində avtomobil yolları yenidən qurulur

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC

“Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na uyğun olaraq Pirallahı qəsəbəsində yol infrastrukturunun yenidənqurma və təmir-bərpa işləri aparılır.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, avqust ayında qəsəbənin daxilindən keçən magistral yolun yenidən qurulmasına hazırlıq işləri davam etdirilib. Belə ki, kommunikasiya xətləri üçün nəzərdə tutulan 18 ədəd gilizin (yeraltı ehtiyat keçid boruları) yerləri hazırlanıb və quraşdırma işləri aparılıb.

Bundan əlavə, yol boyu yerləşən və ümumi görünüşə xələl gətirən tikililərin dam örtüklərində və fasadlarında təmir işləri davam etdirilib. Buna paralel olaraq, rayon ərazisində yerləşən qeyri-yaşayış obyektləri də rayonun ümumi memarlığına uyğunlaşdırılır.

Həmçinin qəsəbənin daxilindən keçən magistral yol yaxın zamanlarda müasir işıqlandırma sistemi ilə təmin ediləcək. Belə ki, yol boyu 130-dan artıq yeni müasir işıq dirəyi quraşdırılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.