İQTİSADİYYAT
Pirallahı qəsəbəsində nümunəvi həyətlər salınır
Bakı, 31 oktyabr, AZƏRTAC
Pirallahı qəsəbəsində ümumilikdə 2 hektaradək ərazi tullantılardan təmizlənərək planlaşdırma işləri aparılıb, qanunsuz tikililər sökülüb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu ərazidə 3 kölgəlik tikilib, attraksionlar quraşdırılıb, uşaqların əylənməsi üçün hər cür şərait yaradılıb. Yaşayış məhəlləsinə həmçinin asfalt örtüyü döşənib və yaşıllıq salınıb. Həmçinin, beş mərasim evi tam əsaslı təmir olunub, zəruri avadanlıqla təmin edilərək sakinlərin istifadəsinə verilib.
“Nümunəvi həyət” layihəsi çərçivəsində işlər 28-ci məhəllədə və K.Rzayev küçəsində davam etdirilir. Burada məhəllədaxili yollar asfaltlanır, kommunikasiya xətləri yenilənir, magistral xətlər çəkilir və istilik sistemi əsaslı yenidən qurulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]