İQTİSADİYYAT


Pirallahı rayonunda istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparılır

Bakı, 14 iyul, AZƏRTAC

İyulun 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda geniş müzakirə olunan məsələlərdən biri süni qiymət artımına yol verilməməsi və bu sahədə çox ciddi cəza tədbirlərinin görülməsi idi.

Pirallahı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq Pirallahı Rayon İcra Hakimiyyəti aidiyyəti qurumlarla birgə istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparır, qiymət artımının səbəblərini araşdırır və müvafiq tədbirlər görürlər. Rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə “İstehlak bazarında və sahibkarlıq fəaliyyətində sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üzrə komissiya” və bu komissiyanın nəzdində RİH-in məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbər işçiləri və rayon sakinlərindən ibarət işçi qrupu yaradılıb. 2017-ci ilin yanvar-iyun ayları ərzində işçi qrupu tərəfindən rayonda fəaliyyət göstərən ticarət obyektlərində, apteklərdə monitorinqlər aparılıb və hər hansı qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə halları müşahidə olunmayıb.

İyulun 13-də Pirallahı rayonunda növbəti monitorinqlər keçirilib. İşçı qrupun üzvləri rayonun satış mərkəzlərində olub, əhali ilə söhbət edib, ərzaq məhsullarının qiymətləri ilə maraqlanıb, satış mərkəzlərində olarkən əhalinin istehlak səbətinə daxil olan ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə edilmədiyini, rayonda süni mal qıtlığının mövcud olmadığını müəyyənləşdiriblər.

Rayon ərazisində qiymətlərin süni şişirdilməsi, qiymətlərdə manipulyasiya hallarına yol verən istehsalçılar, idxalçılar və ticarət obyektləri barədə bundan sonra da qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.