İQTİSADİYYAT


Pirallahı rayonunda mərkəzi yol yenidən qurulur

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Bakının Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının tikintisi çərçivəsində rayon mərkəzinə gələn avtomobil yolunun və mərkəzi küçənin yenidən qurulması nəzərdə tutulur. Avtomobil yolunun və yolun davamı olaraq Səməd Vurğun küçəsinin uzunluğu 8 kilometr, mövcud eni isə 6-7 metr təşkil edir.

Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib. Layihə üzrə tikinti işləri hazırda mərkəzi küçədə aparılır. Yol yatağı 10-18 metr enində genişləndirilir.

Hazırda yolun genişləndirilməsi, yeraltı kommunikasiya xətlərinin yenilənməsi və kənara çəkilməsi istiqamətində işlər aparılır. Bu işlərə paralel olaraq yeni piyada səkiləri tikilir və yeni işıqlandırma sistemi qurulur. Zəruri olan yerlərdə səth sularının kənarlaşdırılması üçün sistemin yaradılması da nəzərdə tutulur.

Ümumilikdə layihə çərçivəsində yolun hərəkət hissəsinin 85 min kvadratmetr sahəsinə 3 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək, yol boyu 16 min poqonmetrə yaxın yeni səki daşı düzüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.