İQTİSADİYYAT


Pirallahıda “Yaşıl park” salınır

A+ A

Bakı, 2 dekabr, AZƏRTAC

Pirallahı qəsəbəsinin K.Rzayev küçəsində ümumi sahəsi 1 hektara qədər olan ərazidə “Yaşıl park” adlandırılacaq yeni parkın salınmasına başlanılıb.

Pirallahı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, hazırda parkın ərazisində landşaft kompozisiyalarının düzəldilməsi, yeni həmişəyaşıl və dekorativ ağacların əkilməsi işləri aparılır, kölgəliklərin və uşaq oyun meydançalarının quraşdırılması işləri görülür. Bundan əlavə, ərazidə ticarət mərkəzinin inşasına başlanılıb.

S.Vurğun küçəsində yerləşən bazarda və ictimai iaşə obyektində yenidənqurma işləri davam etdirilir. S.Vurğun küçəsi, 28-ci məhəllədə postamentin tikinti-quraşdırma işləri tamamlanıb, üzərində gecə işıqları quraşdırılıb. Həmçinin postamentin üzərində Azərbaycan Respublikasının xəritəsi yerləşdirilib. Rayon ərazisində 3 ədəd müasir tipli yeni transformator məntəqəsi tikilir, 5 ədəd transformator məntəqəsi isə təmir olunur.

Qeyd olunub ki, mərkəzi yolun kənarında 29-cu məhəllədən başlayaraq idman zalının qarşısınadək yeni dekorativ hasarın inşası artıq yekunlaşıb. Hasarın üstündə Azərbaycan dövlət bayrağı və saat quraşdırılıb, hündürlüyü 9,8 metr olan qüllənin inşası yekunlaşdırılıb.

M.Əzizbəyov küçəsində yağış sularının yoldan kənarlaşdırılması məqsədilə 250 metr uzunluğunda 300 millimetrlik yeni drenaj xəttin çəkilməsi işləri aparılır və bu tədbirlərin digər ərazilərdə də görülməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.