CƏMİYYƏT


Pirallahıda Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü qeyd olunub

A+ A

Bakı, 20 noyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 24-cü ildönümü münasibətilə YAP Pirallahı rayon təşkilatı noyabrın 19-da bayram tədbiri keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, partiya fəalları iştirak ediblər.

Dövlət himni səsləndirildikdən sonra çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov əlamətdar tarixi hadisə - Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü münasibətilə iştirakçıları təbrik edib. O, YAP-ın XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi şəraitdə yarandığını və bu gün nəinki ölkəmizdə, eləcə də regionda aparıcı siyasi təşkilata çevrildiyini vurğulayıb. YAP-ın keçdiyi keşməkeşli yola nəzər salan M.Manafov bildirib ki, tarixi zərurətdən yaranan partiya çətin, eyni zamanda, şərəfli yol keçməklə yanaşı, həm də ictimai-siyasi mühitdə kifayət qədər nüfuz toplamış siyasi təşkilata çevrilib. “YAP ümummilli lider Heydər Əliyevin ideyalarını gerçəkliyə çevirən nüfuzlu siyasi təşkilatdır. Altı yüz mindən çox üzvü olan partiya geridə qoyduğumuz 24 il ərzində şərəfli və qüdrətli bir yol keçib”, - deyə M.Manafov vurğulayıb.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov bildirib ki, bu gün Azərbaycanın ən böyük siyasi partiyası olan YAP-ın yaradılmasının 24-cü ildönümü bütün respublikamızda böyük ruh yüksəkliyi ilə qeyd olunur. Vurğulanıb ki, partiya ötən illər ərzində şərəfli tarixi yol keçib.

Bayram tədbirində çıxış edən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə və digərləri YAP-ın yaradılmasında, ölkəmizdə müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu vurğulayıblar. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir.

Sonra Pirallahı rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya üzvünə fəxri fərmanlar və hədiyyələr verilib.

Daha sonra tədbir bayram konserti ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.