İQTİSADİYYAT


Pirallahını Abşeron yarımadası ilə birləşdirən yeni avtomobil körpüsünün tikintisi işləri yekunlaşıb

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

Dövlət Proqramı çərçivəsində Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birləşdirən yeni avtomobil körpüsünün tikinti-quraşdırma işləri artıq tamamlanıb və yeni asfalt örtüyü çəkilib.

Pirallahı rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, rayonda avtomobil körpüsünün inşası ilə əlaqədar kommunikasiya xətləri köçürülür, mövcud köhnə xətlər yenisi ilə əvəz olunur.

Məlumata əsasən, Pirallahı qəsəbəsinin daxilində ümumi uzunluğu 8,5 kilometr olan mərkəzi yolda əsaslı təmir işləri davam etdirilir, asfalt örtüyünün çəkilməsi işləri aparılır.

İşıqlandırma dirəklərinin və səki daşlarının quraşdırılması işləri görülür. Yolkənarı torpaq qatı qazılaraq çıxarılır, əvəzində yol geyiminin əsası və asfalt örtüyünün alt layı döşənərək hərəkət hissəsi genişləndirilir. Paralel olaraq mərkəzi yolboyu yeni müasir tipli avtobus dayanacaqlarının quraşdırılması, məhəllədaxili yollarda isə asfalt örtüyün çəkilməsi işləri yerinə yetirilir.

Eyni zamanda, rayon ərazisində yerləşən 30 yaşayış binasının fasadları və dam örtüklərində təmir-tikinti işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.