İDMAN


“Pirelli” Yaponiya Qran-prisi üçün sürücülərin təkər seçimini açıqlayıb

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC 

“Formula-1” yarışlarının reqlamentə əsasən, “Pirelli” şirkəti səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir.

AZƏRTAC F-1.az saytına istinadla xəbər verir ki, bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini Beynəlxalq Avtomobil Federasiyasına bildirirlər. Federasiya isə “Pirelli”dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Yaponiya Qran-prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb. Gələn həftənin sonunda baş tutacaq yarışa “Pirelli” elə bu həftə Malayziyada olduğu kimi ən bərk üçlüyü – “Hard”, “Medium” və “Soft” tərkiblərini gətirəcək.

Komandalar sarı (Soft) təkərlərə üstünlük veriblər. Sebastian Fettelin (“Ferrari”) seçimi isə hamını təəccübləndirib. Belə ki, almaniyalı sürücü cəmi bir dəst Medium seçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.