İDMAN


“Pirelli” şirkəti Bakıdakı yürüş üçün mühafizəkar seçimin səbəbini izah edib

Bakı, 24 iyun, AZƏRTAC 

“Pirelli”nin yürüş rəhbəri Mario İzola Formula-1 çempionatının Azərbaycan Qran-Prisində şin seçimində tənqidə cavab verib.

AZƏRTAC xəbər verir ki, Bakıda cümə günü yürüşündə pilotların bir çoxu səhv edərək trasdan çıxandan sonra bəzi yürüşçülər İtaliya şin istehsalçılarını tənqid ediblər. Məsələn, Lyuis Hemilton şin seçimini “dəhşətli” adlandırıb.

Mario İzolanın özlərinə görə, “Pirelli”də əvvəlcədən bilirdilər ki, Azərbaycana bir qədər sərt “SuperSoft” əvəzinə “UltraSoft” şinlərini gətirmək olardı. Lakin şin seçimi təxminən dörd ay bundan əvvəl, yəni şirkət 2017-ci il mövsümünün maşınları haqqında kifayət qədər məlumat almamışdan xeyli əvvəl olub.

“Bəli, bəziləri deyir ki, “Pirelli” səhv salıb. Lakin biz səhv salmamışıq, Sadəcə, biz məhsulumuzu yaxşı tanıyırıq, nəyisə mürəkkəb edə bilərik”, - deyə Mario İzola qeyd edib. Onun sözlərinə görə, şirkət müəyyən sayda həftə ərzində rezinlərin tərkibi barədə qərar qəbul edə bilər. Bu, Avropa mərhələləri üçün doqquz, digərləri üçün 15 həftədir.

“Bakıda yürüş edəcək maşınlarla bağlı qərar qəbul edərkən şirkətdə məlumat çox olmayıb. Daha ağıllı seçim “Medium”, “Soft” və “SuperSoft” oldu. Mən indi Bakıdakı yürüş üçün seçim etsəydim, aydındır ki, “Medium”u seçməzdim.

Yaddan çıxarmaq olmaz ki, bəzi yürüşlərdə biz əvvəlki tək mühafizəkar, bir neçəsində isə sərt fəaliyyət göstəririk. Çünki biz bir sıra yürüşlər üçün seçimi əvvəlcədən etməli olmuşuq, digərləri üçün isə məlumat daha çox olub”, - deyə Mario İzola bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.