CƏMİYYƏT


Pirotexniki vasitələrin ölkəyə qanunsuz gətirilməsi cəhdinin qarşısı alınıb

A+ A

Bakı, 10 dekabr, AZƏRTAC

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı həmin şəxsin gödəkcəsində və aşağı ətraflarında xüsusi üsullardan istifadə edilərək gömrük nəzarətindən gizlədilən 233 ədəd pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.