CƏMİYYƏT


Pirotexniki vasitələrin və siqaretin qanunsuz olaraq ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 31 min 680 ədəd pirotexniki vasitələr və 1820 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.