SİYASƏT
Piter Kropş: AzərTAc Dünya Xəbər Agentliklərinin V Konqresini yüksək səviyyədə keçirmək üçün mühüm addımlar atır VİDEO
Bakı, 3 iyun (AZƏRTAC). Dünya Xəbər Agentlikləri Konqresi Şurasının AZƏRTAC-ın sədrliyi ilə Bakıda keçirilən iclasının iştirakçısı, Avstriya Xəbər Agentliyinin baş icraçı direktoru Piter Kropş bu mühüm tədbir haqqında fikirlərini bölüşmüşdür.
Bu vacib tədbirdə iştirak etməsindən məmnunluğunu bildirən qonaq demişdir ki, AZƏRTAC Dünya Xəbər Agentliklərinin V Konqresini yüksək səviyyədə keçirmək üçün mühüm addımlar atır.
Piter Kropş Bakıda iclas çərçivəsində çox işgüzar və səmərəli fikir mübadiləsinin aparıldığını, bir sıra mühüm məsələlərin, o cümlədən 2016-cı ildə Azərbaycanın paytaxtında keçiriləcək növbəti konqresin mövzusunun müzakirə edildiyini vurğulamışdır.