SİYASƏT


Piter Semnebi: Bu forumlar Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir VİDEO

Bakı, 18 mart, AZƏRTAC 

Bakıda aparılan müzakirələr təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün əhəmiyyətlidir. Zəngin tarixi təcrübəsi olan, sivilizasiyaların kəsişmə nöqtəsində yerləşən Azərbaycanda bu kimi forumların keçirilməsi ölkənizin artan nüfuzundan xəbər verir.

Bu fikirləri jurnalistlərə müsahibəsində Beşinci Qlobal Bakı Forumunun iştirakçısı, Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Piter Semnebi səsləndirib.

Forumun miqyasının müsbət təəssürat yaratdığını söyləyən Piter Semnebi regional münaqişələrin doğurduğu narahatlığı da ifadə edərək deyib: “Dünya hazırda bir çox münaqişələrlə üz-üzədir. Onlardan biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Təəssüflər olsun ki, dünya bu münaqişənin həllinə lazımınca diqqət ayırmır. Problemin həlli istiqamətində beynəlxalq qurumların səyləri artırılmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.