CƏMİYYƏT


Piy xərçəng şişlərinin əmələ gəlməsinə şərait yaradır

Bakı, 28 dekabr, AZƏRTAC

Alimlər bildiriblər ki, laboratoriya müşahidələri prosesində insan orqanizmində bədxassəli şişlərin əmələ gəlməsinin başlıca səbəbini tapa biliblər.

Belçikada yerləşən Flanders adına Biotexnologiya İnstitutunun ekspertlərinin sözlərinə görə, həkimlər kompleks təcrübələr sayəsində onkoloji xəstəliklərin əmələ gəlməsinə piyin təsir göstərdiyini sübuta yetiriblər. AZƏRTAC “healthvesti.com” saytına istinadla xəbər verir ki, tədqiqatların nəticələri “Nature” jurnalında dərc edilib.

Məlum olub ki, piy yığınları yeni limfa damarlarının formalaşmasında iştirak edir. Xərçəng hüceyrələri də həmin piylərin köməyi ilə orqan və toxumalara daxil olur.

Alimlərin fikrincə, bədxassəli şişlərin əmələ gəlməsi üçün xüsusi kanallar lazımdır. Onkoloji xəstəliklərin inkişafında bu kanallar əsas rol oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.