ELM VƏ TƏHSİL


Planetimizin sakinləri möhtəşəm astronomik fenomenin şahidi olacaqlar

Bakı, 3 avqust, AZƏRTAC 

Avqustun 12-dən 13-nə keçən gecə Perseida meteorit axını maksimal fəallığı ilə seçiləcək.

AZƏRTAC AMEA-nın saytına istinadla xəbər verir ki bu meteorit axını hər il avqustun 17–dən 24-dək baş verir. Adətən onların fəallığının pik dövrü avqustun 9-13-nə təsadüf edir.

Point.md saytının məlumatına görə, bu il planetimizin sakinləri daha az “düşən ulduz” görəcəklər. Belə ki, ötən il gecə səmasında müşahidə olunan meteoritlərin sayı 200-ə çatmışdısa, bu il orta hesabla saatda 80 meteorit görünəcək. Lakin Ayın parlaq işığı meteoritlərin bir hissəsini görməyə mane olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.