CƏMİYYƏT


Planşetlərdən istifadə edilməsi uşaqlarda əzələ və sümüklərin inkişafını pozur

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

Müasir uşaqlar planşet və digər sensorlu qurğulara olduqca çox vaxt sərf edirlər. Avstraliyanın Körtin Universiteti alimlərinin fikrincə, bu, gənc nəsildə əzələ və sümükləri lazımi qaydada inkişaf etməyə qoymur.

AZƏRTAC “healthvesti.com” saytına istinadla xəbər verir ki, ekspertlər tədqiqat zamanı oyuncaqlarla oynayan və elektron qurğulardan istifadə edən 3 və 4 yaşında uşaqları müqayisə ediblər. Mütəxəssislər müasir qacetlərin uşaqların fiziki, əqli və sosial inkişafına necə təsir etməsini öyrənmək istəyiblər. Məlum olub ki, planşetlə oynayan uşaqların 15 dəqiqə ərzində yuxarı ətrafları ilə hərəkətləri onların oyuncaqlarla oynaması ilə müqayisədə daha az, lakin televizora baxdıqları vəziyyətlə müqayisədə daha çox olub. Məsələn, oyuncaqlarla oynayan uşaqlar televizora baxdıqları vəziyyətdən fərqli olaraq 6 dəfə çox, planşetdən istifadə edərkən 3 dəfə çox yuxarı ətrafları ilə hərəkət ediblər. Oyuncaqlarla oynayan uşaqlar planşetdən istifadə edən uşaqlarla müqayisədə bütün bədənləri ilə 2 dəfə çox, televizora baxan uşaqlarla müqayisədə 3 dəfə çox hərəkət ediblər.

Ekspertlər olduqca cəlbedici sensor qurğularından istifadə olunmasının uşaq əzələ və sümüklərinin iki səbəbə görə düzgün inkişaf etməməsinə gətirib çıxaracağından narahatlıq keçirirlər. Birincisi, uşaqlar oturaq vəziyyətdə, özü də əzələ və sümüklərin inkişafına mane olan oyunların arxasında çox vaxt keçirir. İkincisi, planşetdən istifadə edən uşaqlar tez-tez qeyri-münasib formada otururlar ki, bu da onlarda boyun ağrılarını adi hala çevirər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.