DÜNYA


“Plastic OLED FullVision” ekranlı ilk smartfon hazırlanır

Bakı, 4 avqust, AZƏRTAC

Koreya Respublikasının “LG Electronics” şirkəti növbəti qabaqcıl “V30” smartfon modelinin “Plastic OLED FullVision” displeylə təchiz edilən dünyanın ilk qurğusu olacağını açıqlayıb.

AZƏRTAC “CHIP” resursuna istinadən xəbər verir ki, QHD+ 2880х1440 piksel təsvir ölçülü 6 düym diaqonallı ekrana malik olacaq “LG V30” modelinin tərəflərinin nisbəti 2:1 təşkil edəcək. “V20” modeli ilə müqayisədə yuxarı çərçivənin eni 20 faiz, aşağı çərçivənin eni 50 faiz azalacaq.

Məlumata görə, panelin kənarları yumruvarı şəkildə olacaq. İstehsalçı nümayəndələrinin sözlərinə görə, displey toxunuşa müasir ekranlarla müqayisədə daha tez reaksiya verəcək.

2,45 QHs takt tezlikli səkkiznüvəli “Snapdragon 835” prosessoru əsasında yaradılacaq yeni qabaqcıl “LG V30” modelinin rəsmi nümayişi avqustun 31-nə, satışları isə sentyabrın ortalarına planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.