İQTİSADİYYAT
Plastik kartlar üzrə yeni tariflər qəbul olunub
Bakı, 18 avqust, AZƏRTAC
"Bank Respublika" plastik kartlar üzrə yeni tariflər qəbul edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, yeni tariflər avqustun 15-dən tətbiq olunur. Bankın bütün kartları üzrə qeyd olunan multivalyuta (AZN valyutalı plastik kartlarından digər valyutaların çıxarılması və / və ya digər valyutalı plastik kartlardan AZN valyutasında məbləğlərin çıxarılması) əməliyyatları üzrə (həm ölkədaxili, həm də ölkəxarici) 4 faiz həcmində mübadilə komissiyası təyin olunur: AZN valyutalı kartlardan xarici valyutada Card to Card əməliyyatları; xarici valyutalı kartlara AZN valyutasında mədaxil əməliyyatları (Cash in, Cash to Card, POS-Credit); AZN valyutalı kartlardan xarici valyutada məxaric əməliyyatları (ATM, POS-Cash, Cash by Code); AZN valyutalı kartlardan xarici valyutada Card to Account əməliyyatları; digər bankların kartlarından "Bank Respublika"nın xarici valyutada olan kartına AZN ilə köçürmə əməliyyatları (Card to Card). Həmçinin digər valyutada aparılan Retail (POS-terminallar üzrə əməliyyatlar) və Unique (onlayn oyunlar v.s.) növlü əməliyyatlar üzrə 2 faiz komissiya tətbiq olunub.
Tariflər üzrə növbəti dəyişiklər haqqında bank məlumat verəcək.