DÜNYA


“Playboy” jurnalının banisi Hyu Hefnerin malikanəsi 100 milyon dollara satılıb

A+ A

Bakı, 17 avqust, AZƏRTAC

“Playboy” jurnalının banisi Hyu Hefnerin malikanəsi nəhayət ki, öz alıcısını tapıb. İlkin məlumata əsasən malikanə 100 milyon dollara satılıb.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, malikanəni ətrafında yerləşən torpaq sahəsi ilə birgə 33 yaşlı investor Daren Metropulos satın alıb. Lakin malikanənin yeni sahibi hələ ki, oraya köçə bilməyəcək – satış üzrə müqaviləyə əsasən, 90 yaşlı Hefner həyatının sonunadək öz malikanəsində yaşamalıdır.

1927-ci ildə qotik üslubda tikilən dəbdəbəli ikimərtəbəli malikanə Los-Ancelesin prestijli rayonlarının birində yerləşir. Onun 25 min kvadratmetrə yaxın həyətyanı sahəsində tennis kortu, basketbol meydançası, bir neçə hovuz, həmçinin kiçik zoopark yerləşir.

Xatırladaq ki, malikanəyə ilkin olaraq 200 milyon dollar qiymət qoyulmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.