İQTİSADİYYAT
“Pobeda” aviaşirkəti Bakıya biletlərin satışına başlayıb
Moskva, 29 sentyabr, AZƏRTAC
Rusiyanın “Aeroflot” qrupuna daxil olan büdcə aviadaşıyıcısı “Pobeda” aviaşirkəti Rostov-Bakı-Rostov marşrutu üzrə biletlərin satışına başlayıb.
Aviaşirkətin mətbuat xidmətinin məlumatına görə, uçuşlar oktyabrın 30-dan həftədə 4 dəfə - bazar ertəsi, çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək. Biletlərin 30 faizə qədəri bütün rüsumlar nəzərə alınmaqla minimal tarif - 999 rubla təklif olunur.
“Pobeda” şirkəti noyabrın 1-dən həftədə 3 dəfə Rostov-Tbilisi-Rostov marşrutu ilə də uçuşlar planlaşdırır.
“Aeroflot” qrupuna daxil olan “Podeda” aviaşirkəti uçuşlarını “Boeing” 737-800 təyyarələri ilə həyata keçirir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]