REGİONLAR


Poliatlon çoxnövçülüyü üzrə ölkə çempionatının final mərhələsində 16 komanda mübarizə aparır VİDEO

A+ A

Xaçmaz, 8 noyabr, Elxan Yusifli, AZƏRTAC

Noyabrın 8-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Xaçmaz Olimpiya İdman Kompleksinin stadionunda “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə ölkə çempionatının final yarışlarına start verilib.

AZƏRTAC xəbər verir ki, hərbi xidmətə çağırışçı gənclərin Vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlanması, gənclərdə vətənpərvərlik hissinin artırılması məqsədilə keçirilən yarışın final mərhələsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, zona birinciliklərində qalib gələn 16 şəhər və rayon komandası iştirak edir.

Beynəlxalq Poliatlon Çoxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən, 100 metr məsafəyə qaçış, turnikdə dartınma, qumbara atma və 2000 metr məsafəyə kross qaçışı üzrə keçirilən yarışlarda komandaların hər birində 5 idmançı təmsil olunur.

Ölkə çempionatının final yarışlarına noyabrın 11-də yekun vurulacaq. Qalib komandalar Gənclər və İdman Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.