ELM VƏ TƏHSİL


Polimer əsaslı ucuz yanacaq əldə edilib

Bakı, 24 avqust, AZƏRTAC 

Los Alamos Milli Laboratoriyasının və Yaponiyanın Qabaqcıl Sənaye, Elm və Texnologiya İnstitutunun tədqiqat qrupu polimer əsaslı ucuz yanacaq əldə edib.

AZƏRTAC “Science Daily” saytına istinadla xəbər verir ki, fosfat-dördüncü ammonium ion-cütündən hazırlanmış bu yanacaq elementləri selsi ilə 80 və 200 dərəcə temperaturda suyun təsiri olmadan hərəkət edə bilir. Tədqiqat qrupu müəyyən edib ki, reaksiya zamanı fosfat-dördüncü ammonium ion-cütü proton daşınmasına suya nisbətən daha güclü təsir göstərə bilir. Nəticədə davamlı, effektiv və daha ucuz yanacaq hazırlamaq mümkün olur.

Qeyd edək ki, Los Alamos Milli Laboratoriyası 1970-ci ildən yanacaq elementlərinin tədqiqatı üzrə liderdir. Yeni tədqiqat ölkənin enerji təhlükəsizliyinə, aşağı neft istehlakı ilə ətraf mühit və iqtisadiyyata kifayət qədər öz töhfəsini verə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.