ELM VƏ TƏHSİL
“Polimer sintezi: nəzəriyyə və praktika" kitabı çapdan çıxıb
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Polimer Materialları İnstitutunun informasiya telekommunikasiya və nəşriyyat işləri şöbəsinin müdiri Dilbər Nurullayeva "Polimer sintezi: nəzəriyyə və praktika” kitabını (müəlliflər: D.Braun, H.Çerdron, M.Rehan, H.Ritter, B.Voyt) Azərbaycan dilinə tərcümə edib.
Akademiyadan AZƏRTAC- a bildiriblər ki, “Azəri” nəşriyyatında çap olunan kitabın redaktoru, institutun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədovdur.
Kitab makromolekullar kimyası sahəsində son nailiyyətlərdən, bu sahədə formalaşmış və elmi ictimaiyyət tərəfindən qəbul edilmiş ən müasir nəzəriyyələrdən istifadə edilməklə yazılıb.
Nəşr tələbələr, doktorantlar, gənc tədqiqatçılar, mühəndislər, polimerlərin istehsalı və emalı sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.