CƏMİYYƏT


Polis Nərimanov rayonunda aptekdən oğurluğa cəhd göstərən şəxsi hadisə yerində saxlayıb

Bakı, 1 avqust, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin (BMİ) əməkdaşları tərəfindən fiziki və hüquqi şəxslərə məxsus bütün mülkiyyət formaları etibarlı şəkildə qorunur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 30-da gecə saatlarında Nərimanov Rayon Mühafizə İdarəsi (RMİ) əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan H.Əliyev prospektindəki apteklərdən birindən Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Həyəcan siqnalı daxil olandan cəmi 40 saniyə sonra Nərimanov RMİ-nin operativ qrupu artıq hadisə yerinə yaxınlaşıb. Xüsusi texniki vasitələrlə mühafizə edilən aptek yoxlanılan zaman obyektin giriş qapısının sındırıldığı aşkar edilib.

Aptekdən oğurluq etməyə cəhd göstərən şəxs Nərimanov RMİ-nin əməkdaşlarını görüb hadisə yerindən qaçmağa cəhd göstərən zaman polislərin çevikliyi sayəsində saxlanılaraq 16-cı Polis Bölməsinə təhvil verilib.

Bölmədə aptekdən oğurluğa cəhd edən şəxsin Ağsu rayon sakini Əlisahib Bədəlov olduğu müəyyən edilib. Onun üzərindən obyektin dəmir barmaqlıqlarını qırmaq üçün istifadə etdiyi alətlər maddi sübut kimi aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hazırda, DİN-in BMİ-nin əməkdaşları tərəfindən dövlət və özəl mülkiyyətə məxsus 10 mindən çox obyekt qorunur. Yaşayış və qeyri-yaşayış sahələrinin 24 saat etibarlı mühafizəsini təşkil etmək üçün hər bir vətəndaş BMİ-nə və onun yerli qurumlarına müraciət edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.