CƏMİYYƏT


Polis Niderland vətəndaşının metroda itirdiyi pulqabısını taparaq sahibinə qaytarıb

Bakı, 24 iyun, AZƏRTAC

Ölkəmizə turist kimi səfərə gəlmiş Niderland vətəndaşı Vilhelm Yakobs iyunun 22-də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edərək Bakı Metropolitenində olduğu müddətdə pulqabısını itirməsi barədə məlumat verib. O, heç kimi tanımadığı ölkədə bütün sənədlərini itirdiyindən köməksiz vəziyyətə düşdüyü anda yardım üçün polisə müraciət etməyi qərara alıb. Bu məqsədlə mobil telefonunda olan bələdçi proqramının köməyi ilə Bakı Şəhər Baş Polis İdarəsinə gəlib çıxdığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları onun içərisində pulu, bir neçə xarici bank kartları, sənədləri və özünə məxsus digər əşyaları olan pulqabısını metronun “28 May” stansiyasından çıxarkən üzərində aşkar etmədiyini müəyyənləşdiriblər. Dərhal bu barədə Metropolitendə Polis Şöbəsinə məlumat verilib və onu aidiyyəti üzrə polis şöbəsinə gətiriblər.

Qonaq Metropolitendə Polis Şöbəsində gözlənilməz sürprizlə qarşılaşıb. Məlum olub ki, bir qədər əvvəl metronun “Azadlıq” stansiyasında xidmətdə olan polis əməkdaşları platformada əcnəbi vətəndaşa məxsus pulqabının tapılması barədə Şöbə rəhbərliyinə məlumat verərək sahibi tapılmadığından onu şöbəyə təhvil veriblər.

Əcnəbi turist pulqabısının tapılaraq belə tezliklə ona qaytarılmasından heyrətləndiyini bildirib. Azərbaycan polisinin belə peşəkarlığına, opertaviliyinə görə onlara minnətdarlıq edib, bunun ən yaxşı nümunə olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.