CƏMİYYƏT


Polis əməkdaşı soyğunçuluq edən şəxsi yaxalayıb

Bakı, 12 iyun, AZƏRTAC

Nəsimi rayonunda qadının pulqabısını oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin məsul növbətçisi, polis mayoru Arif Həbibli növbədən sonra evinin yaxınlığındakı “Zabitlər bağı”nda dincələn zaman bir nəfərin iki körpə uşağına başı qarışmış qadının oturacaqdakı çantasından pulqabısını götürüb köynəyinin yaxasından içəri ataraq aradan çıxdığını görüb. Polis əməkdaşı dərhal həmin şəxsi saxlamaq üçün onun arxasınca qaçıb və həmin şəxsi yaxalamağa müvəffəq olub. O, bu barədə aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə məlumat verib və həmin şəxsi hadisə yerinə gələn əməliyyat qrupunun əməkdaşlarına təhvil verib.

Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri ilə həmin şəxsin Bakı şəhər sakini Anton Çernov olduğu müəyyən edilib. A.Çernovun oğurladığı, içərisində 829 manat, bankomat kartları və sənədlər olan pulqabı zərərçəkmiş qadına qaytarılıb.

Araşdırmalarla, həmçinin A.Çernovun Xətai rayonu ərazisində müvəqqəti yaşadığı mənzildən kirayə haqqını ödəmədən çıxıb getməsi, hətta oradan 2 kondisioner, paltaryuyan, soyuducu, kombi, soba, televizor və ev telefonunu oğurlaması da müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb. A.Çernovun digər cinayətlərdə iştirakı araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.