DÜNYA


Polis əməkdaşları Bişkek hava limanında partlayıcı qurğu axtarırlar

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC

Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi Bişkekin “Manas” beynəlxalq hava limanındakı təyyarədə hələ ki, partlayıcı qurğu aşkarlanmadığını bildirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, komitənin məlumatına əsasən, yerli vaxtla saat 16:15-də şəhərin Daxili İşlər İdarəsinə Bişkek-Oş reysi üzrə uçuş həyata keçirən təyyarənin göyərtəsində partlayıcı qurğu qoyulduğu barədə informasiya daxil olub. Təyyarənin sərnişinləri dərhal təxliyə edilib və axtarış əməliyyatı başlayıb. Bundan başqa, Moskva, Novosibirsk və Surqut reyslərinə sərnişin qeydiyyatı da dayandırılıb. Bu və bir neçə digər reys üzrə uçuşların bərpası operativ əməliyyatların nəticəsindən və müddətindən asılı olacaq.

Hazırda respublikanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları aeroport binasına baxışı davam etdirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.